Ermənistan mətbuatı Azərbaycan Ordusu ilə bağlı növbəti yalan məlumat yayıb - RƏSMİ
Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.