Tərtər açıqlama
Tarix: 7-09-2021, 20:52 | Çap et
Tərtər açıqlama

Sosial şəbəkələrdə Tərtər rayonunun Seydimli kəndi ilə bağlı yerləşdirilmiş çəkilişlə bağlı bildirik ki, Tərtər rayonunun Seydimli kəndi rayonun ən az atəşə məruz qalmış yaşayış məntəqələrindəndir. Vətən müharibəsi zamanı kəndə çox az sayda mərmi düşüb və 75 ev icra nümayəndəliyi tərəfindən vətəndaşların müraciətləri əsasında qeydiyyata alınıb və işçi qrupu tərəfindən onların evinə baxış keçirilib. İşçi qrupu tərəfindən evlərə baxış keçirilərkən həmin evlərdən 23 ev qənaətbəxş hesab olunmuşdur.
Etiraz edən vətəndaşların yaşadıqları əraziyə mərmi düşmədiyi üçün onların evləri qeydiyyata alınmayıb və işçi qrupu tərəfindən baxış keçirilməyib.
Vətən müharibəsində evlərinə ziyan dəyən vətəndaşlara kompensasiya və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hər ailəyə 1000 manat maddi köməklik edildiyini eşidən vətəndaşlar onlara da dövlət tərəfindən kompensasiya və Qızıl Xaç Komitəsi tərəfindən yardım verilməsini tələb etmişlər.
​Sentybarın 6-da Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, başçının birinci müavini Ramiz Şabanov və rayonun baş memarı Tofiq Kərimovla birlikdə Seydimli kəndində vətən müharibəsində ziyan dəymiş evlərə keçirilən baxışdan narazı qalan vətəndaşları qəbul etmiş, onlara müvafiq izahat verilsə də vətəndaşlar arasında başçının işgüzar fəaliyyətinə kölgə salmağa çalışan bir qrup təxribatçı ünsürün apardığı təbliğat nəticəsində onlar razı qalmamış, israrla dövlət tərəfindən onların da hər birinə kompensasiya verilməsini Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ailələrinə 1000 manat yardım edilməsini tələb etmişlər. Odur ki, sakinlərin tələbi əsassızdır.

Tərtər Rayon İcra Hakimiyyəti




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net