Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib
Tarix: 2-09-2021, 21:56 | Çap et
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Vətən müharibəsinin şəhidi Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət ediblər.

Əvvəlcə rayon rəhbəri Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar oxunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib


Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Rayon icra hakimiyyəti tərəfindən ailəyə maddi yardım olunub.

Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirib. Qeyd edib ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net