Gürcüstanda daha 4 778 nəfərdə COVID-19 aşkarlanıb, 79 nəfər ölüb
Tarix: 31-08-2021, 10:54 | Çap et
Gürcüstanda daha 4 778 nəfərdə COVID-19 aşkarlanıb, 79 nəfər ölüb

Gürcüstanda son sutkada daha 4 778 nəfərdə koronavirus aşkarlanıb, 79 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 549 811-ə, ölənlərin ümumi sayı isə 7 408-ə çatıb.

Ötən 24 saat ərzində sağalanların sayı 4 753 nəfər artaraq 493 414 olub.

Bu günə olan aktiv xəstə sayı 48 963 nəfərdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net