İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO
Tarix: 30-08-2021, 15:55 | Çap et
İsmayıllıda dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

FHN-dən APA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.Qeyd olunub ki, yanğınsöndürmə əməliyyatı, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net