İcra başçısı vətəndaşları qəbul etdi
Tarix: 26-08-2021, 15:49 | Çap et
İcra başçısı vətəndaşları qəbul etdi

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.

İcra başçısı vətəndaşları qəbul etdi

İcra başçısı vətəndaşları qəbul etdi

İcra başçısı vətəndaşları qəbul etdi


İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödənilməsinə başlandığını bildirib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net