Sabirabadın başçısı PAPAĞI GÜNƏ YANDIRIR - Sakinlər dərdlərini KİMƏ DESİNLƏR?
Tarix: 12-08-2021, 11:55 | Çap et
Sabirabadın başçısı PAPAĞI GÜNƏ YANDIRIR - Sakinlər dərdlərini KİMƏ DESİNLƏR?
Sabirabad rayonunun Sarxanbəyli kənd sakinləri- Mirzəyev Yengibar Astan oğlu və Məmmədov Vüqar İsməli oğlu Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qanunsuz hərəkətlərindən, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məmur kimi ona verilən səlahiyyətlərdən öz mənafeyi naminə istifadə etməsindən və s. şikayətçidir. Onların “Təzadlar” qəzetinə göndərdikləri videoçıxışları və sübutedici fotoşəkilləri şikayətin nə dərəcədə əsaslı olduğuna işarədir. Onlar eyni zamanda Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Əmənov İlham Lətif oğlunun və Sabirabad rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zaur Əsədovla əl-ələ verən başçının katibəsi Aybəniz Həsənovanın qanundankənar hərəkətlərindən söhbət açdılar...

Beləliklə, Sabirabad rayon Sarxanbəyli kənd sakinləri Yengivar Mirzəyev və Vüqar Məmmədov bildirdilər ki, Sarxanbəyli kənd sakini Tağıyev Cabbar Rahim oğlu dəfələrlə Sabirabad rayon İcra Hakimiyyətinin Başçısına öz etiraz və narazlığını bildirdiyindən, onun qanunsuz hərəkətlərinə göz yummadığından İcra başçısı dolayısı yolla onun cinayət məsuliyyətinə cəlb olunmasına nail olmuşdur. Sarxanbəyli kənd sakinləri Baş Prokrorluğun 196 qaynar xəttinə Siraqəddin Cabbarovun özbaşına hərəkətləri ilə bağlı şikayət etsələr də, heç bir nəticə əldə edə bilmədiklərini, İcra başçısının təhdid və təzyiqləri ilə üz-üzə qaldıqlarını qeyd edirlər. Şikayətçilər bunu da bildirdilər ki, Siraqəddin Cabbarovdan narazı olan şikayətçilər başçının cangüdəni Habil adlı şəxsin vasitəsi ilə döydürüləcəkləri və s. ilə qorxudulurlar.

Siraqəddin Cabbarov hələ Saatlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olarkən Saatlı rayon sakini Ağabəli adlı şəxsin sahibkarlıq obyektini sökdürdüyündən, sahibkar ürək tutmasından vəfat etmişdir.

Başçı başqa bir rayon sakini, iş adamı, "Beko" mağazalar şəbəkəsinin Saatlı rayon şöbəsinin sahibi Eyvaz adlı şəxsin barəsində isə Azərbaycan CM-nin 147 və 315-ci maddələri ilə cinayət işi başlatmağa nail olmuş, günahsız yerə təqsirləndirilən həmin şəxs Azərbaycan ərazisindən xarici ölkəyə qaçaraq canını həbsdən qurtarmışdır.

Şikayətçilər yazır ki, “...Sabirabad rayon ərazisində 20 min hektardan çox dövlət fondunda olan torpaqlar heyvandarlığın inkişafında böyük rol oynayan maldarlıq sahəsi üçün sahibkarlara icarəyə verilməsi nəzərdə tutulmuşdur. Lakin Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Nazim İsmayılov Saatlı rayon İcra Hakimiyyətinə, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov isə Sabirabad rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə dəyişdirildikdən sonra Cabbarov dövlət ehtiyat fonduna aid torpaqların təyinatını qanunsuz dəyişməklə heyvandarlıq və qoyunçuluq üçün nəzərdə tutulan torpaq sahələrini əkin və balıqçılıq gölü yaratmaq üçün yuxarı dairələrdə arxaları olan şəxslərə icarəyə vermişdir. Beləliklə, Sabirabad rayonu ərazisində 20 min hektar dövlət ehtiyat fonduna aid torpaqlardan 10 min hektara yaxınını Siraqəddin Cabbarov təyinatını pozmaqla əkin və balıqçılıq sahəsinə çevirmiş, heyvandarların vəziyyətini ağırlaşdıran hallara yol vermişdir. Başçı bu qanunsuz əsaslarla həmin torpaq sahələri barədə sərəncamlar verməklə və müqavilələr bağlamaqla öz şəxsi mənafeyinə uyğun hərəkətlərə yol vermişdir. Sabirabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Nazim İsmayılov Sabirabad rayonunun su problemini həll etmək məqsədi ilə rayonun su layihəsini hazırlatmış, "HAŞ" kanalının rayonun 12 kəndi ərazisindən çəkilişinə nail olmuşdur. Su layihəsinə əsasən iki pilləli elektrik su nasos stansiyası da həmin "HAŞ" kanalına dəqiqədə 12 kubm su verməli idi, lakin Sabirabadlılar bu sevinci yalnız Nazim İsmayılovun İcra Hakimiyyəti başçısı olduğu dövrdə qismən gördülər. Belə ki, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Haşımxanlı, Ələmbəyli, Çöl Beşkəli və digər 12 kəndi üçün "HAŞ" kanalı vasitəsi ilə əkin sahələrini suvarmaq üçün 8-9 kub.m. arası su verildi. Siraqəddin Cabbarovun Sabirabada gəlişindən sonra həmin kanala verilən maksimum su həcmi 2-3 kub.m.-\ düşdü. Fermerlərin və kənd təsərrüfatı sahiblərinin əkin sahələrini suvara bilməməsi ucbatından müflisləşmə və torpaq sahələrinin əkilməməsi ilə nəticələndi. Bundan başqa, rayonda maddi məhsullar bolluğu azaldı, məhsuldarlıq minimum səviyyəyə düşdü. Siraqəddin Cabbarovun başqa bir qanunsuzluğu isə Nizami və Əlibəyli kəndlərinin arasındakı 44 km-lik asfalt yolun ağır tonlajlı yük maşınlarının istifadəsindən sonra bərbad vəziyyətə düşməsidir.

Siraqəddin Cabbarov “Su Təsərrüfatı və Meliorasiya” ASC-nin sədr müavini Zakir Quliyevlə birgə qum və çınqıl istehsal edən karxanalarından Bakı şəhərinə daşıtdırdığı yüklər Nizami Kənd və Əlibəyli kəndləri arasında olan 44 km-lik asfalt yoldan keçdiyindən həmin asfalt yol sözün əsl mənasında müharibə zonasını xatırladır.

“Hörmətli “Təzadlar”! Sabirabad rayonunun Sarxanbəyli kəndindən olan, hüquqları pozulan biz şikayətçilər bunu da bildiririk ki, bələdiyyəyə məxus olan 643 hektar torpaq sahəsindən də 343 hektarı hərraca çıxarılmadan qeyri-qanuni olaraq başçının müavini Əmənov İlham Lətif oğlunun rəhbərliyi altında və Siraqəddin Cabbarovun tapşırığı, tövsiyyəsi ilə onlara yaxın olan şəxslərin adlarına əsassız olaraq sənədləşdirilmişdir. Birinci Qarabağ müharibəsində- 1993-cü ildə Ağdərə döyüşlərində şəhid olmuş Musayev İsmayıl Bayram oğlunun adını daşıyan Sarxanbəyli kənd tam orta məktəbinin həyətində şəhidin büstünün qoyulmasına da Siraqəddin Cabbarov müxtəlif yollarla maneçilik törətməkdədir. Biz şikayətçilər Siraqəddin Cabbarovun Qarabağ müharibəsi iştirakçılarına, şəhidlərə və qazilərə olan aqressiv münasibətinin haradan qaynaqlandığını da təəssüf hissi ilə dilə gətirməyə məcburuq..”, -deyə şikayətdə bildirilir.

Bütün bunlarla yanaşı, şikayətçilər Sarxanbəyli kənd tam orta məktəbindən 42 milyon manatlıq layihəsi olan "HAŞ" kanalından Nizami Kənd və Əlibəyli kəndlərini birləşdirən 44 km-lik dağıdılmış yoldan foto şəkillər və video çəkilişlər edərək şikayətlərinə əlavə olunmasını xahiş etdilər. Şikayətçilər hesab edir ki, onların şikayətləri ilə dövlət orqanları mütləq maraqlanacaq və müvafiq ölçü götürərək İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qanunsuz hərəkətlərinə qiymət verəcəklər.

Qeyd: şikayətçilər Məmmədov Yaqub İsməli oğlu və Mirzəyev Yengibar Astan oğlu və digərləri şikayətləri ilə bağlı hər hansı bir sual yaranarsa redaksiyadan onlarla əlaqə saxlamalarını xahiş etdilər.

Redaksiyadan: şikayətdə adları çəkilənləri də dinləməyə və əsaslı mövqelərini təqdim etməyə hazırıq. //tezadlar.az//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net