"Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür".
Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri istər Muğla, istərsə də Antalya şəhərlərindəki güclü yanğınların söndürülməsi üçün uğurla və qətiyyətlə fəaliyyət göstərir: "Həm duaları, həm də fiziki, texniki və canlı qüvvəsi ilə azərbaycanlı qardaşlarımızın bizimlə birlikdə olması gücümüzə güc qatır".