Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi
Tarix: 15-06-2021, 18:24 | Çap et
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi

İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 569 nəfər şagird XI sinfi, 873 nəfər şagird isə IX sinfi bitirir.
11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunan “Son zəng” tədbirləri Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi

Tərtər şəhər 1 saylı, 2 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə məzunları və müəllimləri salamladı. Müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı, gələcək işlərində uğurlar dilədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini qeyd etdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanını yerdə qalmadığını bildirdi, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışdı.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi

Vurğuladı ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı.
Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net