Kəlbəcərdəki görüntülərlə bağlı DİN-dən AÇIQLAMA
Tarix: 7-06-2021, 15:12 | Çap et
Kəlbəcərdəki görüntülərlə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansında, bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net