Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər. Heydər Əliyev Mərkəzində isə dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Ölkədə tədbiq olunan karantin rejimi qaydaları nəzərə alınaraq, Ümumilli lider Heydər Əliyevin abidəsi rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən gün ərzində ziyarət olunacaq.
Tərtər rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası da keçrilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada Tərtər-Bərdə, Tərtər-Ağdam, Tərtər-Gəncə, Tərtər-Şıxarx avtomobil yollarının kənarına və Heydər Əliyev prospektinə 2000 yaxın eldar şamı, çinar, sərv, göyrüş, söyüd, müxtəlif növ meyvə ağacları, 5000 həmişəyaşıl təkgöz və gül kolları əkilib. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
Vertikal.az