Vətən müharibəsinin şəhidi Lerikdə dəfn edilib - YENİLƏNİB
Tarix: 7-05-2021, 13:39 | Çap et
Vətən müharibəsinin şəhidi Lerikdə dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu - kapitan Əbülfəz Rəhmətov dəfn edilib.

"Report"un məlumatına görə, şəhid Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə rəsmi şəxslər, hərbçilər, şəhid yaxınları və rayon sakinləri iştirakı ediblər.

13.07
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu - kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun cənazəsi ailəsinin yaşadığı Lerik rayonunun Anbu kəndindəki evə gətirilib.

"Report"un məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə rəsmi şəxslər, hərbçilər, şəhid yaxınları və rayon sakinləri iştirakı edirlər.

Vidadan sonra şəhid Anbu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Ə.Rəhmətov İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra mayın 6-da onun şəhid olduğu müəyyən edilib. Şəhidimizin nəşi Cəbrayıl rayonunda tapılıb.

Xatırladaq ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin!




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net