Ermənistanın keçmiş səfiri Paşinyanı pəncərədən atacağına söz verdi
Tarix: 10-04-2021, 08:10 | Çap et
Ermənistanın keçmiş səfiri Paşinyanı pəncərədən atacağına söz verdi
"Əgər növbədənkənar seçkilər (parlament seçkiləri -red) keçirməsə, mən Paşinyanı (Ermənistanın baş naziri Nikol Paşinyanı-red) pəncərədən atmaq məsuliyyətini üzərimə götürməyə hazıram".

“Report” xəbər verir ki, bu barədə “ Armnews” teleşirkətinə müsahibəsində Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib.

"Mən yazdım ki, öz növbəmi gözləyəcəyəm. Düşünürəm, kifayət qədər gözlədim və gördüm ki, heç kim bu insanı pəncərədən ata bilmir. Beləliklə, indi bunu öz üzərimə götürmək istəməyimlə bağlı qərar verməliyəm. Əgər qərar versəm, o zaman atacağam, şübhə etməyin", - Mikael Minasyan deyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net