Rusiyalı general Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb
Tarix: 9-04-2021, 14:57 | Çap et
Rusiyalı general Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıda İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.

APA-nın məlumatına görə, Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”, - deyə general-leytenant Bakı və İrəvana səfəri barədə söyləyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net