Düşmənin Cəbrayılın Horovlu kəndini erməniləşdirmə üsulu - FOTO
Tarix: 4-04-2021, 19:32 | Çap et
Düşmənin Cəbrayılın Horovlu kəndini erməniləşdirmə üsulu - FOTODüşmənin Cəbrayılın Horovlu kəndini erməniləşdirmə üsulu - FOTO
Azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıntıların miqyası hədsizdir.

Trend xəbər verir ki, dağıntılara məruz qalan Azərbaycan kəndlərindən biri də Cəbrayıl rayonun işğaldan azad olunan Horovlu kəndidir. Ermənilər kənddə məktəb, bağça yaşayış evlərini tamam dağıdıblar.

Bununla kifayətlənməyən ermənilər əvəzində həmin əraziyə özlərinə aid saxta üzərində ermənicə yazılar yazılmış daşlar qoyub. Məqsəd isə bu ərazini erməniləşdirərək Ermənistan ərazisi kimi təqdim etmək olub.

Horovlu kənd sakini Rəhim Hümbətov Trend-ə açıqlamasında bildirib ki, bu ermənicə yazılar olan daşların heç biri işğaldan əvvəl bu kənddə olmayıb:

“Bu daşlar hamsı sonradan qoyulub bura, məqsəd kəndimizi erməniləşdirmək olub. Amma buna nail ola bilmədilər. Ali Baş Komandanın idarəçiliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Bu əraziləri yenidən bərpa edib, öz doğma el-obamıza qayıdacağıq”.

Horovlu kəndindən çəkilmiş görüntüləri təqdim edirik:






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net