Aprelin 1-də Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, iclasın gündəliyində ancaq bir qanun layihəsi var. Deputatlar Ermənistanın Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcəklər.
Bundan əvvəl baş nazir Nikol Paşinyan 20 iyun növbədənkənar parlament seçkilərilə əlaqədar olaraq Seçki Məcəlləsinə dəyişikliklərin ediləcəyinin anonsunu vermişdi. Müxalifət dəyişikliklərin əleyhinə çıxsa da, parlamentdə üstünlük təşkil edən hakim partiya bu istiqamətdə də məqsədinə nail olmaq üzrədir.
Musavat.com