Media nümayəndələrinin işağldan azad edilən ərazilərə növbəti media turu təşkil olunub.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu dəfə jurnalistlər Hadrut istiqamətinə yollanıblar.
Burada jurnalistlər Füzuli-Hadrut avtomobil yolunun inşası prosesi ilə tanış olublar. Sözügedən yol Füzuli, Cəbrayıl və Hadrut arasında qovşaq rolunu oynayacaq.
Həmin yolun təməli martın 15-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu yol başlanğıcını Zəfər yolundan götürür.