Ermənistanda Yerevan-Gümrü avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 yeniyetmə ölüb, bir nəfər yaralanıb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı martın 15-də Ermənistan Polisnin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Yerevan-Gümrü yolunun 67-ci kilometrliyində “Opel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq qaya daşlarına çarpılaraq aşıb. Yol qəzası nəticəsində 15 yaşlı sərnişinlər - Marat Xaçatryan və Yuri Abrahamyan hadisə yerində, 15 yaşlı sürücü və başqa sərnişinlər - 15 yaşlı Edgar Qriqoryan, Sarkis Aleksanyan xəsarətlə xəstəxanaya yerləşdirilsələr də, orada ölüblər.
Faktla bağlı araşdırma aparılır.