Ermənilər Qarabağda "güclü ordu" qurur – “Azərbaycan bu istiqamətdə hərəkətə keçməlidir”
“Qarabağda Rusiyanın məsuliyyət zonasında erməni separatçıların rəhbərlərindən biri olan Vitali Balasanyan növbəti dəfə “Artsaxın müdafiə ordusunu” gücləndirəcəklərini qeyd edib. Kiçik ərazidə Azərbaycan tərəfindən dörd bir tərəfdən mühasirədə olan ermənilərin Qarabağda “güclü ordu” qurması mifdir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd əsədullazadə səsləndirib. Politoloq bildirib ki, buradakı erməni birləşmələrinin lojistik təminatının və ağır silahlarla təchizatının Ermənistan tərəfindən həyata keçirilməsi mümkün olmayacaq: “Artıq Ermənistan hökuməti orduya ayrılan vəsaiti azaldıb. Bu illər ərzində Qarabağdakı Ermənistan ordusu və buradakı separtaçıların silahlı birləşmələri ölkə büdcəsi üçün yük idi. Ona görə də baş nazir Nikol Paşinyan hərbiyə ayrılan vəsaiti azaltmaqla, həm də bundan sonra Ermənistan ordusunun modern qurulmasında maraqlı olamdığını ortaya qoydu. Baş nazir Nikol Paşinyanın orduya ayrılan vəsaiti azaltması, Qarabağdakı “silahlı erməni birləşmələrinin” saxlanması üçün vəsaitin kəsilməsi deməkdir. Əgər Ermənistan ordusuna maliyyə azaldılırsa, yeni silahların alınması təxirə salınırsa, separatçı Vitali Balasanyan qanunsuz silahlı erməni birləşmələrini necə gücləndirə biləcək?! Əmindir ki, bunu Rusiya edə bilər. Amma, Türkiyə və Azərbaycan Rusiyanın bu addımlarının qarşısını qətiyyətlə almaq gücündədir”.
Politoloq onu da əlavə edib ki, bu kimi hallar müşahidə olunarsa, o zaman Rusiya üçün başağırısı yaranar: “Ona görə də Kreml buna gedə bilməyəcək. Ermənistanda ordunun təminatı və bundan sonra yeni müasir silahların alınması yüksək səviyyədə olamayacaq. Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinə getmək isətəyəcəksə, ilk növbədə iki ölkənin ərazi bütövlüyünü tanıyacaq. Bundan sonra, Ermənistana güclü ordu lazım olmayacaq. Ona görə də Paşinyan orduya vəsiaiti azaltmaqla, Ermənistanı yeni bir mərhələyə aparamaq istəyir. Qarabağdakı silahlı erməni birləşmələrinin varlığına gəldikdə isə, bu istiqamətdə Azərbaycan hərəkətə keçməlidir”.