Gürcüstanda vaksinasiya martın 15-də başlayacaq
Tarix: 13-03-2021, 11:21 | Çap et
Gürcüstanda vaksinasiya martın 15-də başlayacaq

“Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinə martın 15-dən başlanılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proses 82 tibb müəssisəsində həyata keçiriləcək və peyvənd ilk olaraq tibb işçilərinə vurulacaq.

Qeyd edək ki, bu gün qonşu ölkəyə COVID-19 əleyhinə “AstraZeneca” vaksininin 43 200 dozadan ibarət ilk partiyası çatdırılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net