Qərbi Azərbaycan əyalətində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB
Tarix: 11-03-2021, 12:49 | Çap et
Qərbi Azərbaycan əyalətində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5-6 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, yeraltı təkanlar Xoy şəhərindən 14 km şimal-şərqdə 10 km dərinlikdə qeyd alınıb.

Yeraltı təkanlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Ermənistanın sərhədyanı rayonlarında da hiss edilib.

11:38
İranın Cənubi Xorasan əyalətinin Firdovsi şəhərində 4,6 bal gücündə zəlzələ olub.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, zəlzələ 10 km dərinlikdə baş verib.

Cənubi Xorasan əyalətinin Qızıl Ay Cəmiyyətinin müdiri Məhəmmədrza Rzai yeraltı təkanlar nəticəsində itki və dağıntının olmadığını bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net