Paşinyanın əleyhdarı yenə Yerevan küçələrində toplaşacaq
Tarix: 3-03-2021, 07:57 | Çap et
Paşinyanın əleyhdarı yenə Yerevan küçələrində toplaşacaq

Ermənistan müxalifətinin "Vətənin Qurtuluşu" hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Yerevanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.

“Report”un məlumatına görə, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.

"Ordunun və respublikanın prezidentə təzyiqi davam edir. Bizim dəstəyimiz çox güclüdür.

Varlığımız, qətiyyətimiz, möhkəmliyimizlə nəticələr əldə edirik. Baqramyan prospekti mübarizə meydanımızdır, bura evimiz, səngərimizdir. Bu, qorumalı olduğumuz səngərdir. Ermənistanın siyasi gündəliyi burdan diktə edilir”, - İşxan Saqatelyan deyib.

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net