Azərbaycandakı diplomatik korpusun təmsilçiləri Zəngilan şəhərindədir
Tarix: 6-02-2021, 19:18 | Çap et
Azərbaycandakı diplomatik korpusun təmsilçiləri Zəngilan şəhərindədir
Ermənistanın işğalından azad olunan ərazilərə səfər edən xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Xudafərin körpüsünü ziyarət edəndən sonra Zəngilan rayonuna yola düşüblər.

“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar hazırda Zəngilan şəhərindəki vəziyyətlə tanış olurlar.

Onlara erməni işğalı nəticəsində şəhərin məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Qeyd edək ki, diplomatlar səfər çərçivəsində Cocuq Mərcanlı kəndini, Cəbrayıl şəhərini və Xudafərin körpüsünü ziyarət ediblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net