AZAL: Füzulidən sonra Qarabağda daha bir hava limanının tikintisi üçün yer müəyyənləşdirilir
"Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır".
"Report"un Füzuliyə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli xəbər verir ki, bunu "AZAL"ın vitse-prezidenti Etibar Hüseynov deyib.
O bildirib ki, araşdırmalardan sonra təyin olunacaq yer cari ilin aprel ayının sonuna qədər müəyyən olunacaq.