“Bax Vaşinqtonda parlamenti ələ keçirmişdilər. Bu insanlarla nə edirlər? Federal Təhqiqatlar Bürosunun rəhbərlərindən birinin dediyi kimi: “Bizim əllərimiz uzundur, hər kəsə əlimiz çatar, hər kəsi içəri atarıq”. 15 yaşdan 25 yaşadək, daxili terrorçuluğa görə".
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də keçirilən ölkə boyu keçirilən mitinqləri şərh edərkən söyləyib.
“ABŞ-da da siyasi şüarlarla çıxmışdılar. Ancaq qanundan kənar. Bəs bizdə niyə qanundankənar hərəkətlərə icazə verilməlidir? Yox. Xüsusilə yetkinlik yaşına çatmayanları irəli itələmək olmaz. Terrorçular da özündən irəliyə qadın və uşaqları çəkirlər”, - o vurğulayıb.