Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? - GİLEY
Tarix: 14-01-2021, 17:42 | Çap et
Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? - GİLEY
Əlillərin sayına görə Azərbaycanın dünyada neçənci olduğunu bilməsək də, bilirik ki Azərbaycanda 600 mindən çox şəxs rəsmən əlil hesab edilir və buna görə də güman etmək olar ki Azərbaycan ön sıralarda olmalıdır.
Əlilliyə görə təqaüdə çıxmaq, müavinət almaq son illərə qədər Azərbaycanda bir növ sosial layihə kimi bir şey idi. İki min manata istənilən şəxs əlilliyə çıxa bilirdi, istər əlil olsun, istərsə də olmasın. O cümlədən, istənilən əlil arzusuna uyğun olaraq sağlam şəxs hesab oluna bilərdi, təbii ki bunun da öz qiyməti vardı.
Amma bəzi kateqoriyalı həqiqi əlillər üçün heç vaxt rüşvət tələb olunmayıb təbii ki. Məsələn, kiminsə ayağı kəsilibsə o, avtomatik olaraq əlilliyə görə təqaüdə çıxarılmışdı, indi də belə davam etməkdədir.
Amma elə kateqoriyalı həqiqi əlillər var ki, onlara əlillik dərəcəsini rayon xəstəxanasının Həkim Məsləhət Komissiyası vasitəsi ilə Səhiyyə Nazirliyinin müvafiq komissiyası verməlidir. Bax burada məsələ qəlizləşir.
Kaim.az-a şikayətlə müraciət edən Kamran Qədirli adlı vətəndaş bildirir ki,
anası Abbasova Məlahət Əhmədalı qızı 2020.02.14 tarixdə Mərkəzi Klinikada urəyindən açıq əməliyyat olunub, iş qabiliyyətini itirib. Əlilliklə bağlı qeydiyyatda olduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şəlalə Bayramovaya müraciət ediblər.
Onlardan əməliyyat olunan xəstəxanadan epiqriz gətirməyi deyiblər. Mərkəzi Klinikadan epiqriz alınanda həkim deyib ki, xəstəyə 3-cü qrup əlillik düşür. Lakin həmin sənədlər Şəki Mərkəzi Xəstəxanasına təqdim edilsə də Şəlalə Bayramova “əlillik düşmür” deyərək geri göndərir. Heç bir rəsmi sənəd də vermir. Əslində həmin diaqnozla başqalarına əlillik dərəcəsi verilib. Niyə xəstənin birinə əlillik verilir, diğərinə yox ?
Şəkidən məhz bununla bağlı, məhz Şəlalə Bayramova ilə bağlı xeyli şikayətlər var.
Əlillik dərəcəsi almaq istəyən şəxslər sənədlərini rayon Həkim Məsləhət Komissiyasına təqdim edirlər, onlara cavab verilir ki, get altı aydan sonra gəl, başa düşürsən də, ALTI! Əslində isə rayon Həkim Məsləhət Komissiyası həmin sənədləri avtomatik olaraq qəbul edib Səhiyyə Nazirliyinə göndərməli idi. Səhiyyə Nazirliyinin müvafiq komissiyası əlilik dərəcəsi almaq istəyən şəxsin sənədlərini yoxlayıb qərar qəbul etməlidir, ya əlillik dərəcəsi verilməsin, ya verilsin, verilirsə, neçənci qrup.
Mövzuya qayıdacağıq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net