Cəbhədən qayıdan hərbçi belə qarşılandı
Tarix: 27-11-2020, 18:48 | Çap et
Bu gün cəbhə bölgəsindən qayıdan hər bir zabit, əsgər böyük coşqu ilə qarşılanır.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran rayonunun Boladi kənd sakinləri də cəbhədən qayıdan həmkəndlilərinin hər birinə eyni ehtiramı göstərirlər.

Bu hörmət, bu sevgi Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən, bayrağımızı qürurla dalğalandıran, xalqımıza baş ucalığı gətirən Azərbaycan Ordusuna aiddir.

Bu gün Boladi kəndindən olan zabitimiz kapitan Şamxal Əsədovun kəndə gəlişi bir başqadır. Onun bu dönüşü əvvəlkilərindən bir də ona görə fərqlənir ki, ikinci oğul övladı dünyaya gəlib. Artıq övladlarının üzünə daha qürurla baxacaq.

“Qələbəyə susamışdıq. Sağ olsun cənab Ali Baş Komandan. Qarşılarında baş əyirik. Bundan sonra Azərbaycan Ordusunun başı daim dik olacaq. Bir daha bütün xalqımızı təbrik edirəm. Çox sevincli gündür. Bu günümüzü şəhidlərimizə borcluyuq!”, - deyən zabitimiz Şamxal Əsədov bundan sonra üçrəngli bayrağımızın şəhid tabutlarını deyil, səmalarımızı bəzəməsini, başımızın üstündə qürurla dalğalanmasını arzu edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net
Смотрите описание ucuz aviabilet ucuz qiymete bilet almaq