Naftalanın başçısı da öz kefindədir... - Camaat düşmənlə döyüşür, o da ağaclarla...
Tarix: 20-11-2020, 17:26 | Çap et
Naftalanın başçısı da öz kefindədir... - Camaat düşmənlə döyüşür, o da ağaclarla...
ayonların “balaca padşah”ları qanunsuz əməlləri ilə gündəmdə qalmağa davam edirlər.

Bu dəfə isə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov yerli sahibkarlara qarşı qanunsuz hərəkətləri ilə diqqət mərkəzinə gəlib. Belə ki, icra başçısı yerli sahibkarlardan birinin qanuni torpağını əlindən alaraq başqa birisinə, daha dəqiq desək, mebel şirkətinə satıb. Bununla da başçı ona bəslənən ümidləri alt-üst edib.

Xatırladaq ki, dövlət başçısı yeni icra başçılarını təyin edərkən ciddi tapşırıqlar verir. Xüsusilə də əhalinin problemlərinin həlli, sahibkarlığın inkişafı istiqamətində fəaliyyət göstərmələrini tapşırır.

Görünən odur ki, bu tapşırıq və tövsiyələr Vüqar Novruzova təsir etməyib.

Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ilin 4 dekabrda Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. O da gənc, perspektivli kadr hesab olunurdu. Amma görünən odur ki, Vüqar Novruzovun İcra Hakimiyyətinin başçısı kimi heç bir ili tamam olmamış artıq sələflərinin yolunu getməyə başlayıb. Fotolardan da göründüyü kimi, sözügedən ərazidə (Qasımbəli kəndinə gedən yol, yanacaqdoldurma məntəqəsinin arxası-V.M) yaşıllıqlar məhv edilir, ağaclar yerindən çıxarılaraq başqa əraziyə daşınır.

Hər halda belə deyilir, ağacların həqiqətən də daşınıb-daşınmadığı məlum deyil. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkildi. Bu kampaniyada ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyeva iştirak etdi. Ölkə rəhbərliyi səviyyəsində aparılan ağacəkmə kampaniyaları mütəmadi olaraq davam etdirilir. Belə bir məqamda icra başçısının yaşıllığı məhv etməsi bir növ “baş qaldırmaq” görüntüsü yaradır.

Məsələnin digər tərəfi isə ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı mütəmadi olaraq verdiyi tövsiyə və tapşırıqların Vüqar Novruzov tərəfindən heçə sayılmasıdır. Yəni bir sahibkarın qanuni ərazisini əlindən alaraq başqa bir sahibkara (mebel şirkətinə - V.M) vermək sahibkarlıq subyekti yaratmaq deyil. Naftalan rayonunda mebel şirkəti açmaq üçün kifayət qədər boş ərazi var. Amma məhz başqa sahibkarın ərazisinin əlindən alınması bu məsələnin arxasında başqa məqsədlərin olduğunun göstəricisidir. Vüqar Novruzov faktiki olaraq bir sahibkara şərait yaratmaq adı ilə digərinin qanuni mülkünü əlindən alır. Bu məsələni aidiyyəti qurumlarla araşdırırıq. //cebhe.info//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net