Movses Akopyan: “44 günlük müharibə vaxtı yayılan yalanlar ölkəni dərin böhrana salıb”
Tarix: 19-11-2020, 15:28 | Çap et
Movses Akopyan: “44 günlük müharibə vaxtı yayılan yalanlar ölkəni dərin böhrana salıb”
Ermənistan Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan istefasının səbəblərini açıqlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, M. Akopyan bildirib ki, hələ oktyabrın 5-də vəzifəsindən getməyi qərarlaşdırıb, lakin müharibənin qızğın dövrü olduğunu və bunun orduya zərər vuracağını nəzərə alıb.

Onun sözlərinə görə, qərarını qətiləşdirməsinə Baş nazirin hərbi qulluqçuları Qarabağdan İrəvana qayıtmağa və “divar dibində ulayanlarla” bağlı məsələləri həll etməyə çağırması səbəb olub.

M. Akopyan qeyd edib ki, müharibənin getdiyi 44 gün ərzində yayılan yalanlar ölkəni dərin böhrana salıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumat mərkəzinin vəzifələrindən birinin düşməni çaşdırmaq olduğunu vurğulayan M. Akopyan bildirib ki, yalanın həcmi 30 faizi ötməməlidir, lakin bu 100 faiz həcmində olub.

Qeyd edək ki, M. Akopyan ötən gün istefa ərizəsi yazdığını açıqlayıb. O, istefasının səbəbləri barədə daha sonra məlumat verəcəyini vurğulayıb.

Xatırladaq ki, M. Akopyan bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilib. O, qondarma “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net