Mərdan Camalov müharibə şəraitində də pul qazanır... - Zərdabda hələ də Mehdiyev ab-havası hökm sürür...
27 sentyabr tarixindən etibarən dövlətimizin düşmən hücumlarına əks-həmləsi nəticəsində başladılan QARABAĞIN AZADLIĞI SAVAŞI fonunda bəzi məmurların cılız maraqlarına yenilməsi nə qədər ürəkağrıdan olsa da, bu barədə məlumatları ictimailəşdirməyin özü də kifayət qədər çətin və narahatçılıq yaradandır.
DİA.AZ-a danışan Zərdab rayon sakinləri bildirir ki, Qarabağın Azadlığı kimi müqəddəs bir əırəfəni yaşadığımız bir məqamda Zərdab RİH başçısı Mərdan Camalov yenə də köhnə üsullarla davranaraq əhaliyə süni əngəllər yaratmaqdadır.
Mərdan Camalov müharibə şəraitində də pul qazanır...
DİA.AZ-a deyilənlər: "Bizim icra başçısı elə bilir ki, Zərdab rayonu hələ də Ramiz Mehdiyevin üsul-idarəsi ilə yönəldilməlidir. Başqa bir metod bilmədiyindəndir ki, bu gün Zərdabda hər addımbaşı ürşvət yığılır. Bunlar bir yana, bu günlərdə Zərdabda cəbhə bölgəsinə ən çox yardım edən sahibkarların birindən (adının çəkilməsini istəmir) icra başçısının adından pul istənilib. Həm pandemiya və həm də ən əsası müharibə şəraiti başçının adamınpın diqqətinə çatdırılsa da, Mərdan Camalovun "elçisi" inad edib".
"Belə faktlar Zərdabda yetərincədir" deyən mənbə bildirir ki, nə vaxta qədər onların da rayonuna Ramiz Mehdiyevdə xəbərsiz birisi rəhbər göndərilməyib, Zərdabın dirçəlişindəın söhbət gedə bilməz.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...