Erməni keşişdən ittiham: “Paşinyan psixi xəstədir, gəzən fəlakətdir”
Tarix: 5-11-2020, 15:04 | Çap et
Erməni keşişdən ittiham: “Paşinyan psixi xəstədir, gəzən fəlakətdir”

“Nikol Paşinyan Ermənistan qanunlarını pozaraq, baş nazir təyin edilib”.

Azvision.az-ın məlumatına görə, bunu erməni din xadimi, Moskvadakı Vysoko-Petrovski monastrının keşişi Ruben Mkrtçyan bildirib.

O deyib ki, Paşinyan psixi qüsurludur və Ermənistan qanunlarını pozaraq hakimiyyətə gəlib. Mkrtçyan baş nazirin tibbi ekspertizadan keçməsini tələb edir.

“Paşinyan xəstədir, müalicə olunmalıdır. Onu hakimiyyətə gətirənlər bunu çox gözəl bilirdilər. İndi bunu biz də bilirik. Və bu, zarafat deyil. Onun ciddi psixi problemləri var. Bu cür çatışmazlıqları olan şəxs heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz.

Təəssüf ki, İrəvanda hələ də bəziləri Nikolla nəsə əldə edəcəyimizə inanırlar. Həmin insanların Nikol olmadan daha çox şey əldə edəcəyimizi, eyni zamanda daha az qurban verəcəyimizi başa düşmələri üçün zamana ehtiyacları var. Nikol gəzən fəlakətdir.

Bugünkü dərdlərimizin günahkarı odur. Ancaq insanlar bu həqiqəti anlamaq və həzm etmək üçün zamana ehtiyac duyur. Onların ucbatından əziyyət çəkən insanlara təzyiq göstərmək lazım deyil. Nikola və Annaya sərt şəkildə təzyiq göstərmək lazımdır ki, xalqın onları istəmədiyini başa düşsünlər. Onlar getməlidirlər”, - deyə erməni din xadimi Ermənistan rəhbərliyinə etirazını bildirib.

Qeyd edək ki, Ermənistandan məcburi şəkildə Qarabağa döyüşə göndərilənlər arasında din xadimləri də var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net