Azərbaycanı Gürcüstanda müdafiə edən sayta haker hücumu olub
Tarix: 6-10-2020, 07:46 | Çap et
Azərbaycanı Gürcüstanda müdafiə edən sayta haker hücumu olub

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücumunu, Azərbaycan Prezidentinin müsahibələrini və Müdafiə Nazirliyinin, eləcə də Azərbaycan rəsmilərinin çıxışlarını bir neçə dildə oxuculara çatdıran 24news.ge saytı haker hücumuna məruz qalıb.

Saytın rəhbəri Azər Məmmədov AZƏRTAC-a bildirib ki, son günlər redaksiyaya bir neçə dəfə müxtəlif hədə-qorxu məzmunlu zənglər olub. Lakin redaksiya üzvləri buna məhəl qoymayıb, tarixi Vətən Azərbaycanın mövqeyini əks etdirən materiallar yaymaqda davam ediblər.

“Oktyabrın 5-də axşama doğru sayta ermənilər tərəfindən haker hücumu olub və redaksiyanın işində ciddi problem yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür”, – deyə A.Məmmədov bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net