Xocavənd: İşğaldan azadlığa doğru
Tarix: 2-10-2020, 12:58 | Çap et
Xocavənd: İşğaldan azadlığa doğru

2 oktyabr o günlərdəndir ki, Azərbaycandan daha bir parça qoparıldı.

Sahəsi 1428 kvadrat kilometr olan Xocavənd rayonu illərlə erməni təcavüzünə məruz qalıb. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir.

Erməni işğalı nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil və 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti dağıdılıb.

28 il öncə Xocəvənd 13-ü qadın və 13-ü uşaq olmaqla, 145 şəhid verib. İllər öncə bu insanlar yurdlarından didərgin salınsalar da, bu gün xocəvəndlilər hamı kimi ümidlidir. Çünki torpaqlarının azadlığı uğrunda vuruşan güclü ordusu var və bu ordunun parlaq tarixi qələbələri davam edir.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşmənə ağır zərbə endirir, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqları geri alır.

Hər dəqiqə qələbə xəbəri gözləyən Azərbaycan vətəndaşları isə bu sevinci yaşamaq üçün səbirsizlənirlər. İnanırıq ki, bir vaxtlar Azərbaycan tarixinə qara həriflərlə yazılan işğal günlərimiz yaxın zamanda zəfər tarixi kimi qırmızı rəngə boyanacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net