Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevlə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri yazıb.
F.Koca bildirib: "Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevlə telefon danışığımız oldu. Ermənistanın insanlıqdan kənar hücumu səbəbilə ona başsağlığı verdik və üzüldüyümüzü bildirdik. Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq".