Ötən gün axşam saatlarından şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağış yağıb, temperatur bir neçə dərəcə aşağı düşüb.
Regionun 2000 metrdən yüksək dağlıq ərazilərinə isə qar yağıb.