Axund dəfnə görə cərimələndi, məhkəmə cəzanı ləğv etdi
Tarix: 17-08-2020, 17:00 | Çap et
Axund dəfnə görə cərimələndi, məhkəmə cəzanı ləğv etdi

Zərdab rayonunda “Cümə” məscidinin axundu Şahsuvar Əmiraslanov barəsində karantin qaydalarını pozmağa görə inzibati protokol tərtib edilib.

Report-un məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimələnib.

Belə ki, Zərdab şəhər sakini Şahid Fərəcov vəfat edən həyat yoldaşı Afərim Fərəcovanın dəfn mərasiminin təşkili üçün axund Ş.Əmiraslanova müraciət edib.

Dəfn mərasimində axundla yanaşı, 20 nəfərə yaxın kənd sakini də iştirak edib.

Axund İsaqbağı kənd qəbiristanlığında dəfn mərasimində iştirak etdiyi üçün Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən RPŞ-yə gətirilib və ona inzibati xəta haqqında protokol tərtib olunub.

Ş.Əmiraslanov bununla bağlı Zərdab Rayon Məhkəməsinə müraciət edib. O, müraciətində heç bir karantin qaydalarını pozmadığını və dəfn mərasimini karantin qaydalarına uyğun həyata keçirdiyini bildirib. Axund dəfn mərasimində digər şəxslərin iştirakına görə məsuliyyət daşımadığını qeyd edib.

Hakim Tahir Qubadovun sədrliyi ilə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında işə baxılıb və həmin işin icraatına xitam verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net