Zərdab rayonunda çirkab suları insanların sağlamlığı üçün təhlükə yaradır.
Oxu.Az-ın məlumatına görə, təhlükə mənbəyi rayonun Azərbaycan küçəsi, bina 16-nın qarşısında yerləşir.
Vətəndaşlar bildirib ki, məsələ barədə dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsə də, məsələ öz həllini tapmır.
Ərazidə yaşayan 128 ailənin sağlamlığı təhlükə altındadır.
Natəmizlik səbəbindən ətrafa yayılan üfunət iyi sakinlərin təmiz havaya olan ehtiyacına da əngəl olur.