Neftçala Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub
Tarix: 6-07-2020, 13:34 | Çap et
Neftçala Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Elşən Həsən oğlu Əmirov Neftçala RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, E.Əmirov bu təyinata qədər həmin şöbədə baş məsləhətçi çalışıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net