Qəbələ icra başçısından qonşulara əcaib “karantin”… - İDDİA
Tarix: 22-06-2020, 11:48 | Çap et
Qəbələ icra başçısından qonşulara əcaib “karantin”… - İDDİA

Azərbaycanlı məmurlar hər gün təəccübləndirməyi bacarırlar. Bu dəfə Qəbələnin icra başçısı Səbuhi Abdullayev “orijinal” qadağası ilə gündəmə gəlib. Reportyo.info-ya daxil olan xəbərə görə, Qəbələ rayonunda əhalinin bir hissəsi gəzməyə gələn turistlərə gündəlik ev kirayəyə verməklə dolanırlar. Bu yaxınlarda Qəbələnin icra başçısı Səbuhi Abdullayevin evinin ətrafında yaşayan insanlara qonaq qəbul etməyi qadağan etdiyi iddialar yayılıb. O, bu göstərişini COVİD-19 təhlükəsinə qarşı özünün və ailəsinin qorunması ilə “izah” edib. Bu “əmrin” icrasının nəzarəti polislərə tapşırılıb və icra başçısına qonşu olan yerli sakinlər evlərinə turist qəbul etməkdən məhrum olunublar. Görünür, icra başçısı yanında yeni “Operativ Qərargah” yaradılıb və S.Abdullayevin öz karantin qaydaları var.

REPORTYOR.info




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net