Azərbaycandan qovulan "Human Rights Watch" nümayəndəsi Tiflisdədir
Tarix: 1-04-2015, 11:19 |
Çap et
Ötən gün Bakı aeroportunda saxlanılan "Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qoqia Azərbaycan ərazisini tərk edib.
ANS PRESS-in "Qruziya Onlayn"a istinadla verdiyi məlumata görə, o hazırda Tiflisdədir. Bu barədə Georgi Qoqia "Facebook" səhifəsində yazıb.
Gürcüstanın Azərbaycandakı konsulu Nikoloz Qotitdzenin təşkilat nümayəndəsinin Azərbaycanda 30 saat saxlanmasını təkzib edib. O bildirib ki, Qoqia saxlanmayıb, onu Azərbaycana buraxmayıblar. Bu isə dövlətin süveren hüququdur.
Konsulun sözlərinə görə, Qoqia hava limanında neytral zonada saxlanılıb. Müəyyən prosedurlar üçün onun pasportu da alınıb. O, neytral zonada qalan Qoqia ilə görüşdüklərini də deyib.