Müsavatda qovhaqov başlayır
Tarix: 1-04-2015, 08:56 | Çap et
Müsavatda qovhaqov başlayır
Müsavat Partiyasının son qurultayından sonra başlanan partiyadaxili qarşıdurma davam edir.

Partiyanın keçmiş və hazırki başqanları İsa Qəmbər və Arif Hacılının əleyhinə olan qüvvələr “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”nda təmsil olunandan sonra partiyanın hazırki rəhbərliyi əks hücuma keçmək qərarı verib.

Qurultayda başqanlığa əsas namizədlərdən olan Qubad İbadoğlunun Müsavatdan qovulmasından sonra partiyanın 56 rayon təşkilatından 33-ü bütöv şəkildə “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”na qoşulub. Bu isə öz növbəsində onsuzda dağılmaq ərəfəsində olan partiya rəhbərliyini ciddi şəkildə narahat edib.

Editor.az-a Müsavat Partiyası daxilindəki mənbələrdən daxil olan məlumata görə, partiyanın keçmiş və hazırki başqanları çıxış yolu olaraq bütün narazıları partiyadan qovmaq qərarına gəliblər.

Mənbənin sözlərinə görə, gələn həftə keçiriləcək partiya Divanın növbəti iclasında narazılardan Vurğun Əyyub və Adil Qeybullanın Müsavatdan qovulacağı gözlənilir.

Ardınca bu siyahıda partiya fəalları Məlahət Mürşüdlü, Hamlet Səfixanlı, İbrahim İbrahimli, Səftər Nəhmətli, Rahid Bəşirov və digərləri də yer alacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net