Bu mitinq deyildi, bir şou idi - Siyavuş NOVRUZOV
Tarix: 16-03-2015, 11:53 | Çap et
Bu mitinq deyildi, bir şou idi - Siyavuş NOVRUZOV
"Bu mitinq deyildi, bir şou idi. Əli Kərimli konsert verirdi. Çıxışdan daha çox musiqi idi. Özünün səsi olmadığından elə Əbülfəz Qurbanlını orada uladırdı". Bunu hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın bazar günü keçirilən icazəli mitinqinin şərh edərkən deyib.

S. Novruzov bildirib ki, mitinqdə səslən fikirlərin heç biri, ümümiyyətlə, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyatı olmayan məsələlərdir: "Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər".

YAP rəsmisi hesab edir ki, bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası yoxdur.

Mitinqdə iştirak edən insanların sayı məsələsinə toxunan S. Novruzov bildirib ki, orada 800-dən çox insan içtirak edərdi "bunların da əksəriyyəti özlərinin qohum-əqrabası və pulla tutulmuş adamlarıdır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net