Tofiq Yaqublu bu gün həbsxanaya qayıdır
Tarix: 1-05-2015, 10:42 |
Çap et
Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanaya qayıdır.
Vertikal.az xəbər verir ki, qızı Nərgiz Yaqublunun ölümü ilə bağlı 7 günlük azadlığa çıxarılan T. Yaqublunun vaxtı bu gün bitir. T. Yaqublu günorta saatlarında Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə müəssisəsinə aparılacaq.
Qeyd edək ki, Tofiq Yaqublu İsmayıllı şəhərində iğtişaşların təşkili ittihamı ilə 5 illik müddətə həbs edilib.
Xatırladaq ki, bir sıra millət vəkilləri prezident İlham Əliyevə Tofiq Yaqublunun əfvi üçün müraciət edib.