"Hakimiyyət bizi dəstəkləsəydi, Arif Hacılının qardaşları bizim yanımızda olacaqdı
Tarix: 2-02-2016, 12:50 | Çap et
"Hakimiyyət bizi dəstəkləsəydi, Arif Hacılının qardaşları bizim yanımızda olacaqdı
Müsavat Partiyası başqanının müavini Elman Fəttah rifahçıların Müsavat Partiyasının məhkəməyə verilməsindən danışarkən bildirib ki, həm Müsavata, həm AXCP-yə qarşı hakimiyyətin siyasəti məlumdur. Hər iki partiyaya qarşı yaradılmış qondarma təşkilatlar, Qubad İbadoğlu və Razi Nurullayev, hakimiyyətin bu iki partiyaya qarşı repressiyasının vintləridir.

Bununla bağlı Müsavat başqanlığına keçmiş namizəd, "Azərbaycan Demokratiya və Rifah" (ADR) hərəkatının idarə heyətinin üzvü Səxavət Əlisoy danışıb:

"Arif Hacılının saxta yolla ələ keçirdiyi Müsavat Partiyasının rəhbərliyində təmsil olunanlara bir tövsiyyəm var, bir az siyasi etikanız olsun, bir az qeybətdən, təndirbaşı arvad söhbətlərindən əl çəkin. Müsavat boyda tarixi partiyanı məhv etdiniz.

Bizi hakimiyyətə işləməkdə ittiham edirlər. Onlar ağıllarına gələni yox, ağızlarına gələni danışırlar. Hökumətin tapşırığı və təsiri ilə kimlərsə iş görür, demək bu, tər-təmiz əqli zəifliyin əlamətidir. Əgər hökumət Müsavat Partiyasının parçalanması üçün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını dəstəkləsə idi, əminliklə sizə deyirəm, Arif Hacılının qardaşlarından biri də bizim tərəfimizdə olacaqdı. Burada hakimiyyətin ADR Hərəkatını dəstəkləməsi və yaxud ADR Hərəkatına şərait yaratmasından söhbət açmaq ciddi dillə deyirəm, siyasi debilliyin əlamətidir".(Ölkə.Az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net