Rəfael Cəbrayılovdan "paket"li minnətdarlıq konserti
Tarix: 12-11-2015, 10:13 | Çap et
Rəfael Cəbrayılovdan "paket"li minnətdarlıq konserti
Noyabrın 1-nə qədər qorxusundan nə edəcəyini bilməyən, hətta görüşə getdiyi qapılardan qovulan Rəfael Cəbrayılov sonunda büdcə təşkilatlarının ümidinə qaldığını anlayıb, onların imkanlarından yararlanmağa başladı. JAM.AZ xəbər verir ki, məhz həmin təşkilat rəhbərlərinirn saxtakarlığı sayəsində deputat seçilən sözügedən şəxs, artıq bu işdə ona yardımçı olmuş şəxslərə minnətdarlıq etməyi qərara alıb.

Verilən məlumata görə, hazırda Şirvan şəhərində yerləşən «Sərvət» Şadlıq Sarayında Rəfael Cəörayılovun təşkilatçılığı ilə şəhərin bütün idarə və müəssisə rəhbərlərinə ziyafət verilir. JAM.AZ-a daxil olan məlumata görə, Bakıdan bir xeyli müğənni gətirən deputat bununla seçilməsinə yardımçı olmuş şəxslərə minnətdarlığını bildirmək istəyib.

Ziyafət məclisində 100-dən artıq şəxsin iştirak etdiyi bildirir. Deyilənlərə görə, deputat məclisin sonunda ona yardım edən büdcə təşkilatların rəhbrələrinə "paket" verməyi qərarlaşdırıb. Və bununla minnətdarlığını ikiqata çatdırmaq istəyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net