Miriyevlər klanı Neftçalanı dağıdır
Tarix: 10-11-2015, 10:48 | Çap et
Miriyevlər klanı Neftçalanı dağıdır
Neftçala sakini Qadir Cəfərov başına gətirilən müsibətlərdən yazıb.

Vertikal.az xəbər verir ki, onun bizimxeber.az saytında dərc olunan məktubunda sensasiya doğuracaq faktların təfsilatı yer alıb.
Rayonun A.Cəfərov küç, ev.1, mənzil 11 sakini qeyd edib ki, 2007-ci ilin noyabrında mülkiyyətində olan 600 kvadratmetr ölçüdə torpaq sahəsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 13 saylı Ərazi İdarəsindən çıxarış almaq istəyib.
Bununla əlaqədar qurumun rayon şöbəsinin müdiri Miriyev Lətifağa Aslan oğluna müraciət edib. Şöbə müdiri ondan 700 manat alaraq çıxarışı verəcəyini söyləyib.
“Həmin məbləğdən şübhələnərək başqa qurumlardan öyrəndim ki, çıxarış üçün rüsumun məbləği cəmi 158 manatdır. Pulumu geri tələb edəndə vermədi. Bildirdi ki, nə prezidentdən qorxusu var, nə də qanundan.
Bu ilin sentyabrın 17-də prezident İlham Əliyevə, Baş nazir Artur Rasi-zadəyə, Baş prokuror Zakir Qaralova, komitə sədri Kərəm müraciət etmişəm. Ancaq faydası olmayıb” - , deyə şikayətçi iddia edib.
Onun dediyinə görə, şöbə müdirinin atası Aslan Miriyev 70-ci illərdə “Kürağzı nərəbalığı artırma zavodu”na müdir təyin edildikdən sonra korrupsiya və rüşvət sənətinə yiyələnməyə başladı: “O zaman onunla bir müəssisədə çalışan ağsaqqalların dediyi kimi, qısa müddətdə “5 saylı B alıq Nəzarəti Müfəttişliyi”nə müdir təyin olundu.
O zamankı Sovet sisteminin çürüməkdə olan aparıcı qüvvəsi, KP-nın sıralarına daxil olub Kommunist Partiyası bileti ilə maskalanan bu şəxs və bəziləri indi də yaşayan balıqçılardan (brakonyerlərdən) aylıq haqq (rüşvət) toplamaqla məşğul oldu. Toplanan haqq hər ayın sonunda cəmlənərək onun bir hissəsi yuxarıdakı “dayı”lara ötürülürdü.
Azərbaycan müstəqil olduqdan sonra Oryad Nohur Balıqçılığı Təsərrüfatına rəhbərlik edən bu “kadr”ın müəssisənin əmlakının dağıdılaraq onun süquta uğramasında böyük rolu olub.
Vaxtilə yiyələndiyi “sənətin” sayəsində uğurlu “nailiyyətlər” əldə edən Aslan Miriyev topladığı sərvət hesabına bu gün yağlı vəzifələrdə oturan oğullarını yetişdirmiş və öz ”sənətinin” sirrlərini öyrədib.
Böyük oğul - Azər Miriyev atanın sərvəti hesabına ali təhsilini başa vuraraq o zamankı Sovet vergi sistemində özünə yer edərək, sonralar müstəqillik dövrümüzdə cənub regionlarına xidmət edən Vergilər İdarəsinə başçılıq edib.
Atadan öyrəndiyi “sənəti” daha da təkmilləşdirərək indi cənub bölgəsində yerləşən, sayı bilinməyən obyektlərini dövlət büdcəsinə ödənilən vergidən yayındıraraq onunla işbirliyinə nail olub qardaşı Lətifağa Miriyevi bu quruma yerləşdirib.
Digər oğul - Yalçın Miriyev atadan miras qalan sənətin sayəsində qardaşı Azərin 5 saylı Ərazi Vergilər İdarəsinə başçılıq edən zaman Neftçala rayonunun İdman və Gənclər sahəsini ələ keçirərək bu gün də oradan özü üçün böyük faydalar əldə etməklə məşğuldur.
Vaxtilə idman sahəsində böyük naliyyətlərə, uğurlara imza atan rayonda, indi idman bu şəxsin yarıtmaz fəaliyyəti nəticəsində tənəzzüldədir. Fikrimcə adi gözlə müşahidə olunan bu fakt nə rayon İHB-nın, nə də İdman nazirliyinin gözündən yayınmalı deyildi.
Qəribə burasındadır ki, 1967-1972-ci illərdə anadan olmuş bu oğullar vətənin üstünü qara buludlar alan zaman (erməni təcavüzü) harada idilər, hansı kol-kos dalında gizlənmişdilər.
Bu gün hansı haqq və hüquqla rayonda yağlı vəzifələr tutmaqdadırlar?
Yüzlərlə, minlərlə qeyrətli azəri oğulları öz canlarını Respublikamızın ərazi bütövlüyü ügrunda fəda edəndə bu “sənətkar”lar harada idilər?
Bu gün ƏMDK-nin yüksək vəzifə sahibləri ilə əlaqə yaratmış Lətifağa müəllim öz vəzifəsindən və arxalarının dəstəyindən ”sənətkarcasına” istifadə edərək rayonun istirahət zonası sayılan Şirvan kəndi ərazisindən xeyli torpaq sahələrini özü və yaxınları üçün əldə edərək firavan həyat sürməkdədir.
Yaxın günlərdə uzun müddətdir ki, Neftçala rayonu ərazisində at oynadıb “korrupsiya və rüşvət” sənətinə məharətlə yiyələnmiş Miriyevlər sülaləsi haqqında daha geniş məlumat verəcəyik.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net