Bir il əvvəl intihar etmiş Mlii Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin Bizimyol.info saytına videomüraciəti daxil olub.
Videomüraciətdə Mətləb Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sabiq işçisi olduğunu, komitədən qanunsuz işdən azad edildiyinə görə məhkəməyə üz tutduğunu və bundan sonra MTN əməkdaşları tərəfindən təzyiqlərə və qanunsuz həbsə məruz qaldığını deyir. Ən ilginc iddia isə maskalıların onu həbs etməsi, MTN-də aparılan danışıqlar, bacısının həyətinə basqından sonra isə MTN-də zabit olan qardaşının nazirin və digər vəzifəlilərin qəbulunda olmasından sonra intihara əl atması sayıla bilər. 31 ilin MTN zabitinin niyə özünü öldürməsi isə, razılaşaq ki, çox ciddi araşdırılmalıdır...
M.Mustafayevin adbaad adlarını çəkdiyi MTN-nin vəzifəli şəxslərinin əməllərindən bəhs edən sensasion müraciətini olduğu kimi təqdim edirik: