Ağstafalılar Nizami Cəfərovu görənə ənam verəcəklər
Tarix: 28-10-2015, 09:49 |
Çap et
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə 4 gündən bir qədər artıq vaxt qalır. Seçki kampaniyası başa çatmaq üzrədir. Lakin müxtəlif dairələrdə hakimiyyətin dəstəklədiyi deputatlığa namizədlərin bəziləri nəinki seçki təbliğatı aparır, hətta namizəd olduqları dairəyə belə baş çəkmirlər.
JAM.AZ xəbər verir ki, belə namizədlərdən biri də Nizami Cəfərovdur. Məlumata görə, 108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd olan professorun indiyə qədər rayona baş çəkərək, əhali ilə görüş keçirmədiyi iddia olunur. Hətta o da vurğulanır ki, seçiciləri Nizami Cəfərovu görənlərə ənam da vəd veriblər. Çünki 5 il ərzində bircə dəfə də seçiciləri ilə görüşməyən, onların problemlərini Milli Məclisdə qaldırmayan deputatlarına deyəcəkləri sözləri var.
Amma Nizami müəllimin özü də olmasa, yerinə təbliğatını aparan var. JAM.AZ-a verilən məlumata görə, Nizami Cəfərovun seçki təbliğatını bütünlüklə Ağstafa İcra Hakimiyətidir. Məlumata görə, İcra Hakimiyyətinin göstərişi əsasında rayonun bütün bələdiyyə və icra nümayəndələri deputatın təbliğatını aparır, təbliğat xarakterli şəkillərini yapışdırır və indidən siyahı tərtib edərək, kimləri səs verməyə gətirərək, Nizami Cəfərova səs verdirəcəklərini müəyyənləşdirirlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.