Səlim Müslümovun Laçındakı adamından ŞİKAYƏT
Tarix: 20-10-2015, 10:51 | Çap et
Səlim Müslümovun Laçındakı adamından ŞİKAYƏT
Ağcabədi sakini Vertikal.az-a məktub göndərib.

Rayonun Taxta körpü qəsəbəsində yaşayan laçınlı məcburi köçkün Elçin Məmmədov Xanlar oğlu sosial yardım ala bilmir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın rayon şöbəsindən narazılıq edir:

"Laçın rayon ƏƏSMM direktoru mənə qanunsuz olaraq problem yaradır. Belə ki, mənə verilən dekabr 2014-cü ildən may 2015-ci ilədək ünvanlı sosial yardımı Laçın rayon məhkəməyə verib ki, geri qaytarılsın.


Laçın rayon məhkəməsi onu qanunsuz olan iddiasına xitam verib, hökm qanuni qüvvəyə minib. Lakin yenidən şikayət edib, Azərbaycan Respublikası adından çıxarılan hökmü icra etmir. Eyni zamanda mənim ünvanlı sosialımı qanunsuz olaraq kəsib ki, guya yuxarıdan ona kimsə zəng edib, belə ədalətsizliyi görüb Sizə müraciət edirəm.

Sizdən çox xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi, nəzərə alasınız Laçın rayon ƏƏSMM direktoru barədə ciddi tədbir görəsiniz və mənim ödənilməyən ünvanlı sosial yardımımın ödənilməsinə göstəriş verəsiniz”.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net