Deputatlığa namizəd qaçqın ailəsinin evini yıxıb
Tarix: 15-10-2015, 10:06 | Çap et
Deputatlığa namizəd qaçqın ailəsinin evini yıxıb
“Kapitol” tikinti şirkəti bir ailənin başına müsibət gətirib. TİA.AZ xəbər verir ki, Nəsimi rayonu, Kərpic küçəsi 43 ünvanında məskunlaşan Zəngilan rayonundan məcburi köçkün ailəsinə məxsus ev qanunsuz olaraq sökülüb.

Ərazinin tikinti şirkətinin nəzarətinə keçirilməsi və dəymiş ziyanın ödənilməməsindən bəhs edən məqalədə yaranmış vəziyyətə görə məsuliyyət daşıyan vəzifəli şəxslərin də adı çəkilib.
Bu sırada adı daha çox hallanan isə Nəsimi rayonu İcra Hakimiyyətinin sabiq başçısı, hazırda 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd olan Nəsib Məhiməliyevdir.
Aznews.az saytı yazıb ki, keçmiş başçı “Kapitoli” şirkətinin maraqlarını müdafiə edib, yaranmış vəziyyətə müvafiq addımlar atmayıb.

Məqalədə qeyd olunur ki, N.Məhiməliyev əvvəlcə müvafiq araşdırmaların aparılmasına dair göstərişlər versə də, sonradan mövqeyini dəyişib və məlum olmayan səbəblərdən “Kapitoli” şirkətinin tərəfini tutmağa başlayıb.
“Nəsib Məhəməliyev şirkətin tərəfini saxlamağa başladı. Keçmiş başçı şirkətin cığırını bu ifadələrlə bir az da genişləndirdi:
“Məcburi köçkün ailəsinə nə ev verin, nə də ev tikin”. Anlamaq olmur, icra başçısını əvvəlki mövqeyindən geri çəkilməyə nə vadar edib?.. Bəlkə ailənin vəziyyəti o qədər düyünə düşüb ki, keçmiş başçını düzgün anlamayıblar?
Bəlkə şirkət Nəsib müəllimin adından yalan danışıb? Belə suallar çoxdur, yəqin yazı tirajlanandan sonra adı çəkilənlər açıqlama verərək aydınlıq gətirərlər” – deyə, məqalədə vurğulanır.
Maraqlıdır ki, 10 illik tarixçəsi olan bu məsələ ilə bağlı müxtəlif yüksək instansiyalara göndərilmiş məktublar baxılması və tədbir görülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə istiqamətləndirilsə də nədənsə adıçəkilən qurum məcburi köçkün ailəsinin hall haqqının bərpa olunmasına maraq göstərməyib.
Nəticədə ailə faktiki olaraq küçədə qalıb və bu dəhşət dolu illərə görə qınanılan və ittiham olunanlardan biri də sabiq icra başçısı, hazırkı deputatlığa namizəddir.
Qeyd edək ki, bəzi məlumatlara görə, “Kapitoli” tikinti şirkətinin rəhbəri Abbas Səfərov Azərbaycan Kooperasiya Universitetinin rektoru, hazırda 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd olan Eldar Quliyevin kürəkənidir.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net